Azərbaycana turist axını 16% artıb

Azərbaycana turist axını 16% artıb

 Bu ilin yanvar ayında Azərbaycana dünyanın 138 ölkəsindən 186,2 min və yaxud ötən ilin eyni ayı ilə müqayisədə 16,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Aktual.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gələnlərin 30,7%-i Rusiya, 24,5 %-i Gürcüstan, 13%-i Türkiyə, 7,2%-i İran, 4,4%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,2%-i Ukrayna, 1,7%-i İraq, 16,2%-i digər ölkələrin vətəndaşları, 0,1 %-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 70%-ni kişilər, 30%-ni isə qadınlar təşkil edib.
İran istisna olunmaqla, Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Belə ki, illik müqayisədə Azərbaycana gələn Küveyt vətəndaşlarının sayı 6,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,9 dəfə, Qətər vətəndaşlarının sayı 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,6 dəfə, Oman vətəndaşlarının sayı 2,1 dəfə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşlarının sayı 1,5 dəfə, İraq vətəndaşlarının sayı 1,5 dəfə artıb. İrandan gələnlərin sayında isə 5,3% azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 35,2% artaraq 32,9 min nəfər olub.
Hesabat dövründə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7% azalaraq 5,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,9% artaraq 67,3 min nəfər olub.
Ölkəyə gələnlərin 62%-i dəmir yolu və avtomobil, 37,3%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib. 
2017-ci ilin yanvar ayına nisbətən xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə 3% azalaraq 299,3 min nəfər olub. Ölkə vətəndaşlarının 32,6%-i Gürcüstana, 23,8%-i İrana, 23,4%-i Rusiyaya, 12,5%-i Türkiyəyə, 1,9%-i Ukraynaya, 1,5%-i BƏƏ-yə, 4,3 %-i isə digər ölkələrə səfər edib.
Xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 78,3%-i dəmir yolu və avtomobil, 20,8%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.
Xəbər 159 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR