Azərbaycan yumurta istehsalını azaldıb

Azərbaycan yumurta istehsalını azaldıb

DSK məlumat yaydı.

2015-ci ilin yanvar-noyabr aylarında 428,7 min ton, yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8% çox diri çəkidə ət, 1 777 min ton (4,2% çox) süd, 1 402,6 milyon ədəd (1,6% az) yumurta, 16,8 min ton (1,4% çox) yun istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

“Bu dövrdə bitkiçilik məhsulları istehsalının 10,8%, heyvandarlıq məhsulları istehsalının 2,5% artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 6,7% təşkil edib.

Gələn ilin məhsulu üçün 993,6 min hektar sahədə şum qaldırılıb, 852,4 min hektar sahəyə dən üçün taxıl, o cümlədən 535,2 min hektar sahəyə buğda, 317,2 min hektar sahəyə isə arpa səpilib”, - deyə komitədən qeyd edilib. 

Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR