Azərbaycan və Gürcüstan startaplarının əməkdaşlığı üzrə memorandum imzalanıb

Azərbaycan və Gürcüstan startaplarının əməkdaşlığı üzrə memorandum imzalanıb

Bu gün "Baku Business Factory”nin (BBF) ilə Gürcüstan İnnovasiya və Texnologiya Agentliyi (GİTA) arasında əməkdaşlıq üzrə memorandum imzalanıb. Memorandumu BBF-in direktoru Əlövsət Müslümov və GİTA-nın sədri Giorgi Zviadadze (George Zviadadze) imzalayıblar.

Razılaşmaya görə, tərəflər qeyri-neft sektorunda, xüsusən də İKT, elm, mühəndislik və kənd təsərrüfatı sahələrində əməkdaşlığı genişləndirəcəklər. Həmçinin BBF və GİTA "angel” və "venture” investorların cəlb edilməsi sahəsində təcrübə mübadiləsi aparılmasını da razılaşdırıblar.
Bu anlaşma Gürcüstan və Azərbaycan startaplarının və innovatorlarının bazara qarşılıqlı şəkildə çıxmasına kömək edəcək. Həmçinin Gürcüstan startapları BBF-in bir sıra xidmətlərindən yararlana biləcəklər.
Bütün bunlarla yanaşı, tərəflər hər iki ölkənin şirkətləri və startapları üçün biznes forumlar, seminarlar və bu tipli digər görüşlər təşkil edəcəklər.
Xatırladaq ki, "Baku Business Factory” azərbaycanlı iş adamı, "Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.
Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi isə 2014-cü ildə yaradılıb. Agentliyin əsas məqsədlərinə Gürcüstanda innovativ ekosistemin yaradılması, bir sıra sahələrdə innovasiya və texnologiyalardan istifadənin stimullaşdırılması, innovativ sahibkarlığın kommersiyalaşdırılması, İT və innovativ startaplara dəstək vermək və sair daxildir.






Xəbər 593 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR