AZƏRBAYCAN SƏNAYE SIĞORTA ASC 2017-ci İLİN ALTI AYLIQ NƏTİCƏLƏRİNİ AÇIQLAYIB

AZƏRBAYCAN SƏNAYE SIĞORTA ASC 2017-ci İLİN ALTI AYLIQ NƏTİCƏLƏRİNİ AÇIQLAYIB

"Azərbaycan Sənaye Sığorta” ASC 2017-cı ilin 6  ayı üçün sığorta ödənişləri və fəaliyyəti ilə bağlı məlumatları açıqlayıb.
 
Şirkətdən verilən məlumata görə, göstərilən müddət ərzində 2 312 466 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bu məbləğin 336 692 manatı İcbari sığorta növləri üzrə,   1 975 774 manatı isə könüllü sığorta növlərinin payına düşür. Şirkətin ən böyük sığorta ödənişi  Kənd təsərrüfatı bitkilərinin sığortası növü üzrə 1 318 065 manat olmuşdur. Qeyd edək ki, bu ödəniş sığorta bazarında bu növ üzrə ən böyük sığorta ödənişidir.
Şirkət 2017-ci ilin ilk yarımilliyində Kənd təsərrüfatı bitkilərinin sığortası ilə bağlı Ukrayna ekspert şirkətilə əməkdaşlığa başlamış, təkrarsığorta təminatı olaraq, xarici təkrarsığortaçılarla yeni müqavilələr imzalamış, daşınmaz əmlakın sığortası növü üzrə də "Dreamland Golf Resort”u sığortalamışdır. Şirkət həmçinin Tibbi sığorta və korporativ sığorta xidmətləri ilə bağlı məmnuniyyət araşdırmaları aparmış, İqtisad Universiteti ilə birgə yazı yarışması keçirmiş, "İkiqat şans” və "Yaya Hazırsan?” stimullaşdırıcı lotereyanın sığorta tərəfdaşı olmuşdur. Bundan başqa, könüllü tibbi sığorta xidməti göstərilən müəssislərdə, yeni sığorta ili üçün göstərilən xidmətlərlə bağlı təqdimatlar keçirmiş, yaranan sualları cavablandırmış, irad və təklifləri diqqətə almışdır.
İlin sonunadək Şirkət buna bənzər araşdırmaların, yeni əməkdaşlıqların həyata keçirilməsini davam etdirəcəkdir.
 
Aktual.az
Xəbər 222 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR