Azərbaycan qadınları Dünya Qadın Sammitində köçkün qadınlardan danışıblar

Azərbaycan qadınları Dünya Qadın Sammitində köçkün qadınlardan danışıblar

Azərbaycan qadınları Dünya Qadın Sammitində Qarabağdan və köçkün qadınlardan danışıblar.


Millət vəkili Q.Paşayeva və Azərbaycanın bir qrup fəal qadını Ümumdünya Qadın Sammitinində müxtəlif panellərdə fəal iştirak edərək Azərbaycan qadınların cəmiyyətdə rolu ilə bağlı geniş danışıblar və fikir mübadilələrində aktiv iştirak ediblər. Azərbaycanda təhsildə, səhiyyədə, elmdə, iqtisadiyyatda, ictimai-siyasi həyatda, biznesdə, qeyri-hökumət sektorunda qadınların rolunun getdikcə artdığının vurğulandırğı çıxışlarda qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulanıb vəgələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyi bildirilib. Panellərdə müzakirələr zamanı millət vəkili Q.Paşayeva, İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimi Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədriSəkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımız Məlahət Qəhrəmanova, Yeganə Malkoç, Naibə Abdullayeva, Tünzalə Bakıxanova, Aynura Ağasiyeva, Sevda Nəcəfova, Sujayat Məmmədova, Həqiqət Abbasova, Janilya Qafarova, Pərvanə Mustafayeva, Yeganə Əliyeva, Royala Şirinova, Cəmilə İsmayılova, Zöhrə Məsiyeva, Ramilə Şirinovasammit çərçivəsində ölkəmizlə bağlı geniş məlumatlar verməklə yanaşı bir çox ökələrdən gəlmiş nümayəndə heyətləri ilə görüşüblər. Onlar Ermənistanın işğalçılıq siyasəti barədə də danışaraq qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlər barədə də məlumatlar veriblər. Millət vəkili Q.Paşayeva və Azərbaycanın bir qrup fəal qadını sammit çərçivəsində Çin, Vyetnam, Monqolustan, Avstraliyanın nümayəndə heyətləri ilə də görüşüblər və onlara Azərbaycanla bağlı, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar veriblər. Müxtəlif ölkələrdən olan nümayəndə heyətlərinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətlərinə dair materialları təqdim ediblər.

 



 
Xəbər 89 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR