Azərbaycan neftinin qiyməti 64 dollara çatır

Azərbaycan neftinin qiyməti 64 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 3-də 63,62 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,73 dollar/barel çoxdur.
Aktual.az  Trend-
ə istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 3-də 62,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,77 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 3-də 59,37 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 3-də 61,32 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,84 dollar/barel çoxdur.
 
Aktual.az
Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR