Azərbaycan avtomobil benzini istehsalını 5% artırıb

Azərbaycan avtomobil benzini istehsalını 5% artırıb

Azərbaycanda neft məhsullarının istehsalı sahəsində 2017-ci ildə istehsalın ümumi dəyəri 2 727,3 mln. manat olub.

Aktual.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2016-cı illə müqayisədə 7,8% az olub.
Ötən il 1 215,1 min ton avtomobil benzini istehsal edilib ki, bu da 2016-ci ildən 5,4% çoxdur. Bu il yanvarın 1-nə ölkədə 65,8 min ton hazır məhsul ehtiyatı olub.
Hesabat dövründə 1 895,7 min ton dizel yanacağı, 188,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 587,9 min ton ağ neft, 266,3 min ton yanacaq mazutu isehsal edilib.
Dizel yanacağının istehsalı 18,1%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 4,6%, ağ neftin istehsalı 6,3%, yanacaq mazutunun istehsalı 45,2% azalıb.
Keçən il 34,9 min ton sürtkü yağları, 237,2 min ton neft bitumu, 226,7 min ton neft koksu istehsal edilib. Sürtkü yağlarının istehsalında 2016-cı illə müqayisədə 3,6 dəfə, neft bitumunun istehsalında 32,4%, neft koksunun istehsalında 10,6% artım müşahidə olunub.
Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR