Azərbaycan 20 ən təhlükəsiz ölkə sırasına daxil olub

Azərbaycan 20 ən təhlükəsiz ölkə sırasına daxil olub

Azərbaycan cinayətkarlıq səviyyəsinin göstəricisinə görə dünyanın 20 ən təhlükəsiz ölkəsi sırasındadır.
 
APA-nın "kavkasia.net”-ə istinadən verdiyi xəbərə görə,  reytinq ölkələr və şəhərlər barədə dünyanın ən böyük statistik məlumat bazasına malik "Numbeo” resursu tərəfindən hazırlanıb.  
 
Resursun 125 ölkədə apardığı araşdırmanın nəticələrinə əsasən, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri siyahısında 18 yerdə qərarlaşıb. İlk onluqda Qətər, Sinqapur, Avstriya, BƏƏ, Honqkonq, Gürcüstan, Yaponiya, Danimarka və Belarus yer alıb.     
 
Venesuela, Honduras, Cənubi Sudan, Cənubi Afrika, Nigeriya, Braziliya və Salvador ən kriminal ölkələr sayılır.  
 
Aktual.az
Xəbər 528 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR