Azay Quliyev Alina Romanovski ilə görüşüb

Azay Quliyev Alina Romanovski ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ABŞ-ın Avropa və Avrasiyaya yardımı üzrə koordinatoru Alina Romanovski, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ölkə üzrə direktoru Mikela Merediç və ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqani ilə görüş keçirilib.

ABŞ-ın Avropa və Avrasiyaya yardımı üzrə koordinatoru Alina Romanovski xarici donorların yerli QHT-lərə qrant vəsaiti ayırmalarının hüquqi əsasları haqqında mövcud vəziyyətlə maraqlanıb və Şura sədrindən bu sahədə bir sıra məqamlara aydınlıq gətirilməsini xahiş edib. Azay Quliyev Qrant haqqında qanuna edilmiş əlavə və dəyişiklərin mahiyyəti haqqında qonaqlara ətraflı məlumat verib və onların suallarını cavablandırıb. Şura sədri ABŞ-ın Dövlət Departamentinin Dağlıq Qarabağa birbaşa yardımına da toxunaraq ölkə ictimaiyyətinin bunu ciddi narahatlıqla qarşıladığını qonaqların diqqətinə çatdırıb.

Azay Quliyev bildirib ki, xarici ölkələr tərəfindən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə rəsmi Bakının razılığı olmadan edilən istənilən yardım və yaxud səfər beynəlxalq hüquq normalarına ziddir və qəbuledilməzdir. USAİD-nin ölkə üzrə direktoru Mikela Merdiç hər iki qurum arasında əməkdaşlığı yüksək qiymətləndirib və tərəfdaşlarının üzləşdiyi çətinliklərin həllində Şuranın mühüm rolunu qeyd edib. Sonda tərəflər müzakirə olunan məsələlərlə bağlı dialoqun və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətli olduğunu qeyd ediblər.

Aktual.az

Xəbər 500 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR