Avtobus yük maşını ilə toqquşdu: 20 ölü, 15 yaralı

Avtobus yük maşını ilə toqquşdu:   20 ölü, 15 yaralı

Hindistanın Maxaraştra ştatında sərnişin avtobusunun konteyner daşıyan yük maşını ilə toqquşması nəticəsində ən azı 20 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb. 

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, toqquşmanın səbəbi araşdırılır. Xəsarət alanların hamısı xəstəxanya çatdırılıb.

Qeyd edək ki, Hindistan yol qəzalarında ölənlərin sayına görə dünyada birinci yeri tutur. 2011-ci ildə 140 min, 2012-ci ildə isə 150 min nəfər Hindistan yollarında həyatını itirib.

Aktual.az

 
Xəbər 649 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR