Avropadan müsəlmanlarla bağlı SENSASİYALI QADAĞA - VİDEO

Avropadan müsəlmanlarla bağlı SENSASİYALI QADAĞA - VİDEO

Avropa Ədalət Məhkəməsi hicabın qadağan edilməsi ilə bağlı hökm çıxarıb.

Publika.az xəbər verir ki, məhkəmə işəgötürənlərin işçilərinə qoya biləcəkləri qadağaları təsdiqləyib. Bu qadağalar içində "dini simvol” da yer alır.

Xatırladaq ki, hicabla bağlı məsələ Avropada ötən il gündəmə gəlib. Belçika vətəndaşı Samira Ahibata adlı müsəlman qadın "G4S Secure Solutions” şirkətində işləməyə başlayandan üç il sonra hicab taxmağa başlayıb. Şirkət hicab taxdığı üçün qadını işdən çıxarıb. Müsəlman qadın şirkəti Belçika məhkəməsinə verib və təzminat tələb edib. Samiranı Belçika ayrı-seçkilik qurumu və müsəlman təşkilatları da dəstəkləyib. Belçika məhkəməsi işi yuxarı instansiya məhkəmələrinə göndərib. Yuxarı instansiya məhkəməsi də işi Avropa Birliyinin ən yüksək hüquqi orqanı olan Avropa Ədalət Məhkəməsinə göndərib.

 

Aktual.az

Xəbər 428 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR