Ağstafada qanunsuz silah-sursat anbarı tapıldı

Ağstafada qanunsuz silah-sursat anbarı tapıldı

Ağstafada silah-sursat aşkarlanıb.

Aktual.az  Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki Ceyrançöl adlanan ərazidən "Siqnal” markalı tapança, idman tapançası, kustar üsulla hazırlanan "Naqan” tipli silah, 6 ədəd patron darağı, 1 ədəd iri çaplı silahların nizamlanmasında istifadə olunan dəzgah, ov silahının qundağı, 129 ədəd avtomat patronu və 17 ədəd boş giliz aşkar edilərək götürülüb.
 
Aktual.az
Xəbər 830 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR