“AŞPA-nın qərarını tanımırıq” - Ərdoğan

“AŞPA-nın qərarını tanımırıq” - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa ŞurasıParlament Assambleyasının Türkiyənin monitorinq altına qaytarılması barədə qərarını tənqid edib.
 
APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Ərdoğan bununla bağlı yazılı açıqlama yayıb. Açıqlamada qərarın siyasi olduğu bildirilib: "Türkiyəyə qarşı qəbul edilən qərar tamamilə siyasidir. Bu qərarı tanımırıq, istədikləri qədər qərar qəbul etsinlər”.
 
Ərdoğan "Reuters”ə müsahibəsində isə ötən bazar Fransada keçirilən prezident seçkilərinin fövqəladə vəziyyət şərtləri altında baş tutduğunu deyib: "Fransa ilə bağlı niyə belə bir qərar verilmir? Türkiyədə dövlət çevrilişinin qarşısının alınması məqsədilə fövqəladə vəziyyət elan olunub. Bu çərçivədə ölkədəki FETÖ-çüləri təmizləyirik”.
Prezident Suriya və İraqdan Türkiyəyə gələnlərin üzünə qapını bağlamayacaqlarını vurğulayıb: "Bombalardan qaçanları təcrid edə bilmərik”.
 
Aktual.az
Xəbər 202 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR