AŞPA-nın daimi komissiyasının iclası keçiriləcək

AŞPA-nın daimi komissiyasının iclası keçiriləcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) daimi komissiyasının iclası cümə günü Estoniyanın paytaxtı Tallində keçiriləcək.

Aktual.az  "Report"a istinadən bildirir ki, bu barədə Estoniya parlamentinin mətbuat xidməti məlumat yayıb.
İclası AŞPA prezidenti Pedro Aqramunt və Estoniya parlamentinin spikeri Eyki Nestor açacaq. Tədbir Estoniyanın mayın 18-dən Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlaması ilə əlaqədar yerli parlamentin binasında keçiriləcək. Estoniya AŞ-nın Nazirlər Komitəsinə noyabrın 22-dək başçılıq edəcək. Ondan sonra təşkilatın idarəçiliyini Kiprə verəcək.
İclasın əsas müzakirə mövzusu sədrlik dövründə Estoniyanın prioritetləri və AŞPA və Nazirlər Komitəsi arasında siyasi dialoq çərçivəsində gündəlikdə duran məsələlər olacaq.
Həmçinin bu il martın 20-də Qazaxıstanda, aprelin 24-də Serbiyada keçirilən parlament seçkilərinin müşahidəsi, o cümlədən dinc aksiyaların keçirilməsi zamanı insan haqlarının pozulması hallarının qarşısının alınması üçün tədbirlərin görülməsinin zəruriliyi, mədəniyyət sahəsində şəhərlər arasında beynəlxalq əməkdaşlığa dəstək müzakirə olunacaq.

Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR