Antalya Zirvəsində “Sipark İnşaat”a böyük diqqət - FOTOLAR

Antalya Zirvəsində “Sipark İnşaat”a böyük diqqət - FOTOLAR

Türkiyənin Antalya şəhərində keçirilən "Yüksələn Avrasiyada Türkiyə-Rusiya əlaqələrinin gələcəyi” adlı beynəlxalq konfransda Azərbaycan şirkəti olan "Sipark İnşaat” da sponsorlardan biri kimi iştirak edir. Tədbir başlamazdan öncə şirkətin konfrans salonunun foyesində quraşdırdığı stend iştirakçıların diqqətini cəlb edib. Şirkət təmsilçiləri konfransa qatılan nüfuzlu qonaqlara ”Sipark” haqda məlumatlar veriblər, şirkətin Türkiyədə və Azərbaycandakı projeləri haqda bilgiləndiriblər. 

Tədbirdə iştirak edən professor İlham Rəhimov, Türkiyə İqtisadiyyat nazirinin müavini Fatih Metin, Antalya Böyük Şəhər Bələdiyyə başqanı Menderes Türel, Türkiyə İxracatçılar Birliyi başqanı Mehmet Böyükekşi, Türkiyənin hakim AK Partiyasından İstanbul millət vəkili, Türk Rus Toplumsal Form həmsədri Ahmet Berat Conkar, Rusiyada və Türkiyədə fəaliyyət göstərən iş adamları "Sipark”ın stendinə yaxınlaşıb, şirkətin gördüyü işlərlə maraqlanıblar.

Qeyd edək ki, sözügedən beynəlxalq konfransda Azərbaycanın inşaat sektorundan yalnız "Sipark İnşaat” iştirak edir.

Aktual.az bununla bağlı fotoları təqdim edir.

Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR