Aksiz markası ilə markalanmalı olan mallar barədə yeni QAYDALAR

Aksiz markası ilə markalanmalı olan mallar barədə yeni QAYDALAR

Prezident İlham Əliyev Azərbaycan Respublikası prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, №12, maddə 1454; 2016, №8, maddə 1383; Azərbaycan Respublikası prezidentinin 2016-cı il 7 noyabr tarixli 1095 nömrəli fərmanı) ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları"nın 3.2-ci bəndində "(pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla)" sözləri "(pərakəndə satış istisna olmaqla)" sözləri ilə əvəz edilsin.

2. Bu fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir".
 
Aktual.az
Xəbər 1259 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR