ABŞ Türkiyədəki səfirliyinin fəaliyyətini dayandırır

ABŞ Türkiyədəki səfirliyinin fəaliyyətini dayandırır

ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də fəaliyyətini dayandıracaq. Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilir.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika diplomatik nümayəndəliyinin yaydığı bəyanatda deyilir.
"Ankaradakı səfirlik ABŞ vətəndaşlarını martın 5-də təhlükəsizlik təhdidləri ilə əlaqədar işləməyəcəyi barədə məlumatlandırır. Səfirlik fəaliyyətinin bərpa olunduğunu sonradan elan edəcək”, – deyə bəyanatda qeyd edilir.
Bildirilir ki, diplomatik missiya işləmədiyi müddətdə yalnız fövqəladə vəziyyətlərdə köməklik göstərəcək.


Xəbər 373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR