ABŞ səfiri: Qarabağ münaqişəsinin dinc yolla həlli vacibdir

ABŞ səfiri: Qarabağ münaqişəsinin dinc yolla həlli vacibdir

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağmünaqişəsinin dinc yolla həlli vacibdir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-in Azərbaycandakı səfiri Robert Sekuta deyib.
O qeyd edib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır: "Prezidentlərin sonuncu görüşü ilə bağlı həmsədrlərin xarici işlər nazirləri ilə birgə bəyanatı olub. Biz bu prosesi dəstəkləyirik. Hər iki ölkənin rəsmiləri arasında görüşün baş tutmasına öz köməyimizi, dəstəyimizi göstəririk, bu iş davam edir. Eyni zamanda, bu münaqişənin dinc yolla həlli üçün öz dəstəyimizi davam etdiririk. Hesab edirik ki, münaqişənin dinc yolla həlli vacibdir".
 
Aktual.az
Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR