ABŞ-ın Azərbaycana yatırdığı investisiyaların həcmi 13 mlrd. dollara yaxınlaşır

ABŞ-ın Azərbaycana yatırdığı investisiyaların həcmi 13 mlrd. dollara yaxınlaşır

"2017-ci ilin 8 ayı ərzində Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi 7% artaraq 416 milyon dollara çatıb”.
 
"APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Bakıda keçirilən Azərbaycan – ABŞ biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr 25 illik tarixə malikdir: "Bu əlaqələr müxtəlif istiqamətlərdə hər zaman dinamik inkişaf edib. Həm enerji, həm də iqtisadiyyatın digər sahələri çərçivəsində mühüm əməkdaşlıq mövcuddur. İnvestisiya əməkdaşlığımız geniş spektrə malikdir. Bu gün ABŞ-ın Azərbaycana yatırdığı investisiyaların həcmi 13 mlrd. dollara yaxınlaşır. Azərbaycanın da ABŞ-a əhəmiyyətli investisiyaları mövcuddur. Xüsusilə də bura Azərbaycan Dövlət Neft Fondunun investisiyalarını vurğulamaq lazımdır”.
Nazir müavini bildirib ki, bu gün Azərbaycanda 235 ABŞ şirkəti fəaliyyət göstərir: "Bu gün dünyada Azərbaycanın kənd təsərrüfatı məhsullarına böyük tələbat var. Bu istiqamətdə potensialımızı genişləndirə biləcəyik və amerikalı tərəfdaşlarımızı bu işə dəvət edirik”.
Azərbaycan – ABŞ biznes forumunda sənaye, kənd təsərrüfatı, turizm, logistika və digər sahələrində olan 150-dən artıq sahibkar iştirak edib.
 
Aktual.az
Xəbər 266 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR