ABŞ “Green Card” üçün müraciətləri dayandırıb

ABŞ “Green Card” üçün müraciətləri dayandırıb
  • DÜNYA

ABŞ "Green Card” viza lotereyası üçün müraciətləri dayandırıb.

APA-nın "korrespondent.net”ə istinadən verdiyi xəbərə görə, proqramın başlamasından qısa müddət sonra texniki problemlər yaranıb.
ABŞ-ın Ekvadordakı səfirliyinin rəsmi saytında bildirilib ki, texniki problemlərdən dolayı lotereya üçün onlayn qeydiyyat dayandırılıb və nəticədə oktyabrın 3-dən təqdim edilən bütün ərizələr ləğv olunub. Buna görə, həmin şəxslər yenidən müraciət etməlidir.
2019-cu il viza lotereyası üçün yenidən müraciət tarixi 2017-ci il oktyabrın 18-də saat 11:00-dan başlayacaq və noyabrın 22-si saat 11:00-a kimi davam edəcək.
 
Aktual.az
Xəbər 204 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR