Abid Şərifov generala görə ağladı – FOTO

Abid Şərifov generala görə ağladı   – FOTO

Şərifov göz yaşlarına hakim ola bilməyib.

Bu dəqiqələrdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general Ziya Yusifzadə ilə vida mərasimi keçirilir.

Aktual.az xəbər verir ki, AzVision.az-ın əməkdaşının verdiyi məlumata görə, Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimində baş nazirin müaviniAbid Şərifov, Səbailin icra başçısı Eldar Əzizov və digər tanınmış şəxslər, dövlət rəsmiləri iştirak edir.

Generalın ölümündən təsirlənən Abid Şərifov göz yaşlarına hakim ola bilməyib. Eldar Əzizovla yanaşı əyləşən A.Şərifovun ağlaması diqqətdən qaçmayıb.

Qeyd edək ki, bundan öncə də A.Şərifov Soma faciəsi ilə bağlı çıxışında qəhərlənmişdi.

Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general Ziya Yusifzadə bu gün 86 yaşında dünyasını dəyişib.

Aktual.az

Xəbər 699 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR