7 nəvənin nənəsi ilə, özündən 24 yaş böyük qadınla evlənmiş siyasətçi - Makron - FOTO

7 nəvənin nənəsi ilə, özündən 24 yaş böyük qadınla evlənmiş siyasətçi - Makron - FOTO

Onların yaşamı melodramadır sanki. Fransada keçirilən prezident seçkilərinin 2-ci turuna çıxan, səslərin 21,6 faizini toplamış Emmanuel Makronun dediyinə görə, xanımı Brijit Tornyeni çox sevir.

Mərkəzçi "İrəli!" Partiyasından 39 yaşlı Emmanuel Makron hələ yeniyetmə olanda fransız dili müəlliminə vurulmuşdu. Milli.Az bildirir ki, o dönəmdə Brijit Tornyenin 3 övladı vardı.
Müəllimin şagirdi ilə eşq macərasını hər kəs qınasa da, Emmanuellə Brijit ayrılmadılar.
Makron da vədinə əməl etdi, 30 yaşı olanda sevgilisi ilə evləndi.

Emmanuel Makronun dediyinə görə, Brijiti ilk dəfə görəndə 16 yaşı vardı: "Hə, məhz 16 yaşımda idim. Fransanın şimalındakı kiçik Amyen şəhərindəki La-Providens özəl məktəbində oxuyurdum. Brijit də fransız dili dərsi deyirdi. Aktyor olmaq istəyirdim".
Emmanuellə Brijit 10 illik eşq macərasından sonra, 2007-ci ildə evləniblər.
64 yaşlı Brijit 39 yaşlı ərindən 24 il 8 ay böyükdür.
İndi Brijitin 3 övladdan 7 nəvəsi var.
Brijit Tornye Amyent şəhərində, məşhur şokolad ustasının ailəsində anadan olub. Ailədəki 6 uşaq arasında ən kiçiyi də o idi.
Və ailə biznesi sonradan Brijitə qalıb, indi ildə 4 milyon avro gəlir gətirir.
"Brijitlə övlad dünyaya gətirmək niyyətində deyilik. Çünki artıq 7 nəvənin babasıyam. Bioloji övladlara ehtiyacım yoxdur", - Emmanuel Makron söyləyib.

Bununla belə, Fransa mediası 39 yaşlı Makronla 64 yaşlı Tornyenin nikahına o qədər də inanmır. Belə ki, E.Makronun əslində homoseksual olduğu, jurnalist Matye Qalleni "sevdiyi"ni, Torye ilə nikahınsa gözə kül üfürməyə hesablanmış kombinasiya olduğunu iddia edir.




Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR