50 miqrant səhrada öldü

50 miqrant səhrada öldü

Afrikanın müxtəlif ölkələrinin vətəndaşı olan 50-yə qədər miqrantın Böyük Səhrada həlak olduğu təxmin edilir.

Aktual.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Miqrasiya Təşkilatı bildirib.

Təşkilatın məlumatına görə, 70-dən çox miqrant üç yük avtomobilində Böyük Səhranı keçərək Liviyaya çatmaq istəyiblər. Onlardan yalnız 23-ü Liviyaya çatmağı bacarıb. Sürücülər naməlum səbəblərdən digərlərini səhrada buraxıblar.

Agentliyinin məlumatına görə, səhrada qalan 15 miqrant susuzluqdan həlak olublar. Digərlərinin axtarışları davam edir.

Qeyd edək ki, Böyük Səhradan Liviyaya uzanan yol bir sıra Afrika ölkələrinin qaçqınları üçün adi marşrutdur. Onlar Liviyadan Avropaya getməyə çalışırlar.
 
Aktual.az 
Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR