32 min aksiz markasız siqaret müsadirə edildi

32 min aksiz markasız siqaret müsadirə edildi

Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov Cabir Ataş oğluna məxsus 90TT380 nömrə nişanlı, "Niva” markalı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Aktual.az-a  verilən məlumata görə, həmin nəqliyyat vasitəsinə baxış zamanı, yuk yerində üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 15.000 ədəd "De Santıs White” və 17.000 ədəd "Cavallo Play” markalı siqaretlər askar edilib.
Faktla bağlı araşdırma aparılır
 
Aktual.az
Xəbər 47 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR