Azərbaycana avtomobil idxalı artıb

Azərbaycana avtomobil idxalı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 8 102 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Aktual.az  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86,3% çoxdur. 
Son bir ildə sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 97,3% artaraq 148-ə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 88% artaraq 7 098-ə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 89,7% artaraq 795-ə çatıb. 


Aktual.az
Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR