Əfqanıstan prezidenti Bakıya gələcək

Əfqanıstan prezidenti Bakıya gələcək

Əfqanıstan prezidenti Əşrəf Qəninin Azərbaycana səfəri dekabrın 1-də baş tutacaq.

Aktual.az  xəbər verir ki, bu barədə "Report"a Əfqanıstan prezidentinin mətbuat xidmətindən məlumat veriblər.
Əşrəf Qəninin Azərbaycana səfərinin əsas məqsədi noyabrın 30-dan dekabrın 1-dək Bakıda keçiriləcək "Asiyanın qəlbi" - İstanbul prosesi tədbirinin 7-ci Nazirlər Şurasında iştirak etməkdir.
Bundan əlavə, mətbuat xidmətinin məlumatına görə, Bakıya səfəri zamanı Ə.Qəni Azərbaycan rəsmiləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.
Xatırladaq ki, Azərbaycan hazırda Əfqanıstan ilə birlikdə bu prosesə həmsədrlik edir. Qarşıdakı tədbirin əsas mövzusu "Asiyanın qəlbi" prosesi regionunun gücləndirilməsi istiqamətində təhlükəsizlik və iqtisadi əlaqələr"dir.

Aktual.az
Xəbər 30 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR