Azərbaycan Türkiyəyə qaz ixracını azaldıb

Azərbaycan Türkiyəyə qaz ixracını azaldıb

2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan Türkiyəyə "Şahdəniz-1" yatağından hasil olunan 4 mlrd. 273,850 mln. kubmetr qaz nəql edib.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, 2016-cı ilin analoji dövrü ilə müqayisədə bu göstərici 1,2% azdır.
Cari ilin avqust ayında Azərbaycan qardaş ölkəyə 337,48 mln. kubmetr qaz ixrac edib. Türkiyənin qaz idxalında Azərbaycanın payı 8,4% təşkil edir.
Qeyd edək ki, avqust ayında Türkiyə 4 mlrd. 15,73 mln. qaz idxal edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 10,71% çoxdur.
2016-cı ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edib.
 
Aktual.az

Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR