Mobil operatorların gəlirləri artıb

Mobil operatorların gəlirləri artıb

Cari ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1266,1 milyon manatlıq xidmət göstərib.

Aktual.az xəbər verir ki, göstərilən xidmətlərin 72,6 faizi əhali tərəfindən istehlak olunub.
2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,2 faiz artıb. Gəlirin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşüb. 
Xidmətlərdən əldə edilən gəlirin 50,2 faizi və ya 635,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Xatırladaq ki, cari ilin yanvar-avqust aylarında xidmətlərdən əldə edilən gəlirin 49,8 faizi və ya 552,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdı.



Aktual.az 
Xəbər 365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR