ATƏT sədri və Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

ATƏT sədri və Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

ATƏT-in hazırki sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts və Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada görüşəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Məlumatda bildirilib ki, nazirlər görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.
Görüş ATƏT sədrinin yanvarın 17-18-də Moskvaya səfəri çərçivəsində baş tutacaq.
Sebastyan Kurts rusiyalı həmkarı ilə eləcə də Avstriyanın builki sədrliyi, qurum daxilində əməkdaşlıq məsələləri və digər məsələlər barədə danışıqlar aparacaq. (trend)
 
Aktual.az
Xəbər 458 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR