Elmar Məmmədyarov Sergey Lavrova başsağlığı verdi

Elmar Məmmədyarov Sergey Lavrova başsağlığı verdi

Xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Sergey Lavrova başsağlığı məktubu göndərib.

XİN-in mətbuat xidmətindən Aktual.az-a  verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının Türkiyə Respublikasındakı səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi ilə əlaqədar həmkarı Sergey Lavrova başsağlığı məktubu göndərib.

Elmar Məmmədyarov məktubda dərin kədər və təəssüf hissi ilə səfir Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi xəbərini eşitdiyini qeyd edərək Sergey Lavrova dərin hüznlə başsağlığını ifadə edib.

Elmar Məmmədyarov məktubda həmçinin öz adından və Xarici İşlər Nazirliyinin kollektivi adından Andrey Karlovun ailəsinə və yaxınlarına başsağlığının çatdırılmasını xahiş edib. 

 Aktual.az
Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR