13 yaşlı qızı “Niva” vurdu - Öldü

13 yaşlı qızı “Niva” vurdu - Öldü

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb. Kənd sakini, 2004-cü il təvəllüdlü Ella Qasımova yolu keçən zaman "Niva” markalı avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan 13 yaşlı qız hadisə yerində ölüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Aktual.az
Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR