Ziya Bünyadov prospektində yol qəzası olub, yolda tıxac yaranıb - FOTO

Ziya Bünyadov prospektində yol qəzası olub, yolda tıxac yaranıb - FOTO

Bakıda yol qəzası baş verib.

Aktual.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində yerləşən "Çerment körpüsü"nün üzərində baş verib.
Belə ki, 99-RL-161 nömrəli dövlət qeydiyyat nişanlı "Mercedes” markalı yük avtomobili 99-EA-139 nömrəli dövlət qeydiyyat nişanlı "Opel” markalı minik avtomobilinə arxadan çırpılıb.
Qəza nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib, xəsarət alan olmayıb.
Hadisə zamanı yolda 30 dəqiqədən artıq tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 523 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR