"Zeytun budağı" əməliyyatı çərçivəsində 260 terrorçu məhv edilib

  • DÜNYA

Türkiyə Hərbi Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində indiyədək azı 260 terrorçu məhv edilib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş Qərargahının bəyanatında bildirilir.
Bəyantda deyilir: "Əməliyyat başlayandan azı 260 PYD/YPG və İŞİD terror qruplaşmalarının üzvləri məhv edilib. Əməliyyat plana uyğun olaraq davam edir".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
 
Aktual.az
Xəbər 246 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR