“Zenit” yayda Azərbaycan klubu ilə oyun keçirəcək

“Zenit” yayda Azərbaycan klubu ilə oyun keçirəcək


Rusiyanın "Zenit” futbol klubunun prezidenti Aleksandr Medvedev bu yay yoldaşlıq görüşlərinin keçirilməsindən danışıb.
Bu barədə Aktual.az "Çempionat” nəşrinə istinadən xəbər verir.
Qeyd olunub ki, "Zenit”in rəqibləri Türkiyə, Serbiya və Azərbaycan təmsilçiləri olacaq.
"İyulda biz "Fənərbağça”, "Srvena Zvezda” və "Neftçi” komandalarını Sankt-Peterburqda keçiriləcək turnirdə gözləyirik”, - deyə Medvedyev bildirib.
"Zenit” ardıcıl 5-ci dəfə Rusiya çempionu olub.
Qeyd edək ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini, eləcə də bütün Rusiya klublarını bu qurumların nəzarətindəki yarışlarda iştirakdan kənarlaşdırıb.

Xəbər 156 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR