Biz Rusiya ilə döyüşə hazır olmalıyıq - Alman general

Biz Rusiya ilə döyüşə hazır olmalıyıq - Alman general

Almaniya 2029-cu ilədək və ya daha əvvəl Rusiyanın mümkün hücumuna hazır olmalıdır.
Aktual.az xəbər verir ki, bunu Almaniya ordusunun baş komandanı, general-leytenant Kristian Fredinq deyib.
Onun sözlərinə görə, Qərb ölkələri arasında Rusiyanın onilliyin sonunadək NATO üzvü olan ölkələrdən birinə hücum edə biləcəyi ilə bağlı ümumi fikir formalaşıb:
"Biz döyüşə hazır olmalıyıq. 2029-cu il Almaniyanın müəyyən etdiyi tarix deyil. Bu, NATO ilə razılaşdırılmış kəşfiyyat məlumatlarına əsaslanır. NATO-nun bütün 32 üzvü Rusiyanın 2029-cu ildə alyans ölkələrindən birinə müdaxilə etmək imkanına malik ola biləcəyi qənaətindədir”.
Xəbər 55 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR