Yük avtomobili qatara çırpıldı - Sürücü öldü

Yük avtomobili qatara çırpıldı   - Sürücü öldü

Bakıda yük avtomobili dəmir yol keçidi ilə hərəkət edən yük qatarına çırpılıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda “QAZ” markalı yük avtomobili dəmir yol keçidi ilə hərəkət edən yük qatarına çırpılması nəticəsində nəqliyyat qəzası baş verib. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və deformasiyaya uğrayan avtomobildən sürücünün sıxılan vəziyyətdə qalan meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat saat 06:32-də başa çatıb. 

Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR