Yola qum səpən yük maşını qəza törətdi, prospektdə tıxac yarandı

Yola qum səpən yük maşını qəza törətdi, prospektdə tıxac yarandı

Bakıda qeyri-sabit hava şəraiti ilə bağlı yollara qum səpən yük maşını qəza törədib.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nobel prospektində baş verib. Prospektə qum səpən yük maşını idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.

Hadisə nəticəsində böyük tıxac yaranıb. Hazırda yük maşınının ərazidən götürülməsi və tıxacın aradan qaldırılması istiqamətində iş gedir.
 
Aktual.az 
Xəbər 538 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR