Yol polisi Bakıda qəza törətdi

Yol polisi Bakıda qəza törətdi

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşının günahı üzündən bazar ertəsi Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  

Aktual.az  xəbər verir ki, bu barədə "Sputnik”ə Yasamal Rayon Polis İdarəsindən bildiriblər. 

Zərdabi küçəsində 66 BI 960 dövlət nişanlı "Niva” markalı avtomobili idarə edən inspektor Ramin Allahverdiyev (1986-cı il təvəllüdlü) Bakı sakini Nazilə Qədirlini (1967-ci il təvəllüdlü) vurub. 

Qarşı yola çıxan polis Oruc İmanovun (1959-cu il təvəllüdlü) idarə etdiyi 10 BE 444 dövlət nömrə nişanlı "Toyota Land Cruiser” avtomobili ilə toqquşub. 

Bundan başqa, "Niva”nın kənara düşən detalı Nizami Abdullayeva məxsus "Mercedes” avtomobilini zədələyib. 

Xəsarət alan Nazilə Qədirli rayon kliniki xəstəxanasına yerləşdirilib, xəstənin vəziyyəti ağır qiymətləndirilib. 

Baş verən qəza faktı araşdırılır. 
 

Aktual.az 

Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR