Yazıb-oxuya bilməyən şagirdlərə - Nazirlikdən münasibət

Yazıb-oxuya bilməyən şagirdlərə   - Nazirlikdən münasibət

"Məktəbi bitirən 100 məzunun oxumaq və yazmaq bacarığının olmaması neqativ haldır, yəni, heç də yaxşı fakt deyil. Ayrı-ayrı rayonlarda yazıb-oxumağı bacarmayan şagirdlərin siyahısı məlum idi. Bunun da öz səbəbləri var". 

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

"Həmin 100 nəfər çox şübhəsiz məktəbdən uzun müddət yayınlardır. Məktəbləri keyfiyyətsiz təhsil verməkdə qınamaq düzgün deyil. Məsələyə obyektiv nəzərdən yanaşmaq lazımdır. Məsələn, bir uşaq 9-cu sinfə kimi gəlir, amma oxumağı bilmir. Bu nə dərəcədə doğrudur? Dəqiq cavab sadəcə araşdırmanın nəticəsində məlum ola bilər. 100 nəfər yazıb-oxumaya bilməyənlərin müəyyənləşməsi neqativ haldır, yaxşı fakt deyil. Ola bilər ki, onlar bu və ya digər səbəbdən təhsildən kənarda qalıb", - nazirlik rəsmisi əlavə edib.

Xəbər 332 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR