Xudatda yaşıllıq zolağında yanğın

Xudatda yaşıllıq zolağında yanğın

Bu gün günorta saatlarında Xudat şəhəri ərazində qeydə alınan yanğın söndürülüb.

Təxminən 2 hektar ərazidə quru kol-kos yanıb. Yanğının söndürülməsi üçün 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb.


***


Quba rayonunda yanğın hadisəsi olub.

Quba rayonunun Barlı kəndində Nəcəf Abbasova məxsus tövlə və bir ton ot yanıb.

6 baş iribuynuzlu heyvan vaxtında tövlədən çıxarılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları cəlb olunub. Yanğın söndürülüb, onun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Digər yanğın hadisəsi isə təxminən yarım saat əvvəl Xudat şəhərinin girəcəyindəki yaşıllıq zolağında qeydə alınıb. Yanğının söndürülməsi üçün FHN-nin Xaçmaz Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını əraziyə göndərilib. Yanğının daha geniş əraziyə yayılmaması üçün tədbirlər görülür. //Apa

Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR