Xoşqədəm verilişini tərk etdi

Xoşqədəm verilişini tərk etdi

Aparıcı Xoşqədəm Hidayətqızı tamaşaçıları ilə sağollaşıb.

Aktual.az-ın Axşam.az-a istinadən məlumatına görə, aparıcı bu haqda ANS-də yayımlanan "Deməsək olmaz" verilişində danışıb. O, proqramı bundan sonra İradə İsaqın aparacağını deyib:

"Allahın mənə bəxş etdiyi gözəl bir hiss yaşayıram. Çox az bir vaxtda ana olacağam. Ona görə də mən bu gün sonuncu verilişimi apardım. Yəni analıq məzuniyyətinə gedirəm. Fevralda məzuniyyətə getməyi fikirləşəndə verilişi kimə həvalə edəcəyimi çox düşündüm. Bu gün verilişi İradə İsaqa təhvil verirəm. Sevinirəm ki, verilişi məndən sonra o aparacaq. Mənə kömək olan, yanımda dayanan, Vahid, Seyfulla və Mirşahin müəllimi qardaş kimi tapdım. Hər zaman tamaşaçılarla olmuşam.

Bir-iki ay mənim üçün çətin olacaq. Hər dəfə çalışan bir insan üçün bu çətin haldır. Eyni zamanda çox böyük layihələr hazırlayıram. Beş böyük layihəm var. Yeni mövsümdə geri qayıdacağam. ANS-də mən dostluq gördüm. Yenidən onlarla işləmək ümidi ilə gedirəm".

Xatırladaq ki, türkiyəli müğənni Doğuşla ailəli olan X.Hidayətqızı əkiz övlad gözləyir.

Qeyd edək ki, İ.İsaq bir neçə gün əvvəl ATV-dən ayrılması ilə bağlı açıqlama vermişdi.

Xəbər 678 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR