Xırdalanda 6 yaşlı qız döyülərək öldürüldü

Xırdalanda 6 yaşlı qız döyülərək öldürüldü

Azərbaycanda dəhşətli qətl törədilib.

Aktual.az  bildirir ki, Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
 
Şəhər sakini, 6 yaşlı Ramilə Abdulxalıqovanın üzərində xəsarətləri olan meyiti küçədə tapılıb. Uşağın anası Samirə Narıyeva polisə qızının avtomobil vurması nəticəsində öldüyünü bildirib. Araşdırmalar zamanı qızın avtomobillə vurularaq deyil, qətlə yetirildiyi müəyyən edilib.
 
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş Elnur Hacıyev tutulub. E.Hacıyev azyaşlı qızı döyərək öldürdüyünü etiraf edib.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Xəbər 556 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR