XİN-dən İranla bağlı təkzib – Saxta xəbərdir

XİN-dən İranla bağlı təkzib – Saxta xəbərdir

Aktual.az xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəzi xarici KİV-lərdə guya İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsi barədə yayılan informasiya ilə bağlı AZƏRTAC-ın sualını cavablandırıb.

-Bəzi kütləvi informasiya vasitələrində guya İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsinə dair informasiya yayılıb. Bu barədə nə deyərdiniz?

-Yayılmış bu informasiya ən ciddi qaydada Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən araşdırılıb. Tam əminliklə bildiririk ki, bu məlumatın həqiqətlə heç bir uyğunluğu yoxdur, sırf saxta (fake) xəbərdir.
 
Aktual.az
Xəbər 693 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR