Xaçmazda avtomobil yolu keçən şəxsi vurub

Xaçmazda avtomobil yolu keçən şəxsi vurub

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 8-də saat 12 radələrində Xaçmaz şəhəri ərazisində İ.Ağayev idarə etdiyi "Nissan” markalı avtomobillə yolu keçən Qaraçı kənd sakini Ş.Məmmədəliyevi vurub.
Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.
Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR