Vüqar Nadirov "Qəbələ"də

Vüqar Nadirov
  • İDMAN

"Qəbələ" klubu heyətinə daha bir futbolçu qatıb.

Aktual.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Azərbaycan millisinin futbolçusuVüqar Nadirovu heyətinə cəlb edib.

Hücumçu ilə 2015-ci ilin sonunadək razılıq əldə olunub.

28 yaşlı hücumçu karyerası ərzində "Qarabağ" (2001-2005, 2009-2015), "Xəzər Lənkəran" (2005-2008) "Masallı" (2008) və "Karvan"da (2008-2009) çıxış edib. V.Nadirov Azərbaycan milli komandasının heyətində 61 oyuna çıxıb və 4 qol vurub.

Qeyd edək ki, Vüqar Nadirov son olaraq "Xəzər Lənkəran" klubu ilə anlaşıb. Lakin FİFA-nın cənublulara tətbiq etdiyi transfer qadağası səbəbindən keçid baş tutmayıb.

Xəbər 534 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR