Vladimir Putindən Qarabağ açıqlaması: "Dayandırılıb"

Vladimir Putindən Qarabağ açıqlaması:

"Rusiyanın həlledici töhfəsi ilə Dağlıq Qarabağda münaqişə dayandırılıb".

Aktual.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransı iştirakçıları salamlayarkən bildirib.

"Rusiya sülhməramlıları regionda sülh və təhlükəsizliyi etibarlı şəkildə təmin edirlər. Humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün xeyli işlər görülür”, - o deyib.

Onun sözlərinə görə, Rusiya qonşu ölkələrin təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını heç vaxt unutmur və bundan sonra da münaqişə regionlarında vəziyyətin deeskalasiyasına, "ümumi qitəmizdə sülh və sabitliyin möhkəmləndirilməsinə” kömək göstərmək niyyətindədir.
Xəbər 564 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR