Vətənə xidmət etmək istəyənlərin nəzərinə!

Vətənə xidmət etmək istəyənlərin nəzərinə!

Müdafiə Nazirliyi məlumat yaydı.

Aprelin 1-dən 2016-2017-ci tədris ili üçün xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə, Hərbi Tibbi Məktəbinə və hərbi liseylərə ərizə qəbulu başlayır.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, qəbul iki mərhələdə aparılacaq. 

Birinci mərhələdə abituriyentlər həmin təhsil müəssisələrində təşkil olunan həkim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilən fənlərdən TQDK tərəfindən keçirilən test imtahanını verməlidir.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən etibarən ərizə ilə müəssisə rəhbərinə müraciət etməlidir.

Qəbul qaydaları ilə bağlı daha ətraflı məlumatı Müdafiə Nazirliyinin rəsmi internet səhifəsindən (www.mod.gov.az) əldə etmək olar.

Xəbər 452 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR