Vətəndaşların kartından 93 min oğurladı

Vətəndaşların kartından 93 min oğurladı

Paytaxt sakini olan bir nəfərin bank kartından 22760 manat vəsait oğurlanıb.
DİN-dən Aktual.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü Emin Bəşirov saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətirilib.
Araşdırmalarla saxlanılan şəxsin digər analoji əməlləri də müəyyən edilib.
Belə ki, onun digər şəxslərin bank kartlarından müxtəlif kiber üsüllarla taladığı və elektron hesabında cəmlədiyi 93000 manat maddi vəsaitin olduğu da aşkarlanıb.
E.Bəşirovun digər talama cinayətlərinin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.
Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR