Vətən Müharibəsi barədə erməni yalanları Berlin Film Festivalında

Vətən Müharibəsi barədə erməni yalanları Berlin Film Festivalında

Ermənistan beynəlxalq tədbirlərdə Azərbaycana qarşı təxribat xarakterli addımlar atmaqda davam edir.

Sonuncu belə hadisə martın 1-5 tarixlərində keçirilən Berlin Film Festivalında qeydə alınıb. Belə ki, nüfuzlu festivalın "Forum Expanded” proqramında "Black Bach Artsakh” adlı sənədli film nümayiş olunacaq.

Virtual keçirilən tədbir zamanı nümayiş olunacaq sənədli film Qarabağda aparılmış Vətən Müharibəsinin gedişatı və nəticələrinə həsr olunub. Amma sənədli film yalnız Ermənistan tərəfinin mövqeyini işıqlandıran qərəzli şəkildə çəkilib.

Bundan başqa, "Black Back Artsakh” filminin sinopsisində Azərbaycana qarşı sərt ittihamlar yer aldığı üçün həmin mətn Berlin kinofestivalının saytından çıxarılaraq, daha neytral və qısa təsvirlə əvəzlənib.

Festivalın rəhbərliyi sənədli filmlə bağlı xüsusi açıqlama da verib.

"Filmin yeni təsviri onu nə üçün aktual hesab etdiyimizin göstəricisidir. "Black Back Artsakh” filmi virtual proqramda qalacaq və yayda keçirəcəyimiz tədbirdə nümayiş olunacaq. Yayda panel diskussiyalar zamanı hər kəsi konstuktiv dialoqa dəvət edəcəyik”-deyə Berlin Film Festivalı açıqlayıb.



Modern.az

Xəbər 267 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR