Vəkilliyə qəbula görə keçid balı aşağı salına bilər

Vəkilliyə qəbula görə keçid balı aşağı salına bilər

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni sədri Anar Bağırov vəkilliyə qəbulda keçid balının aşağı salınmasının tərəfdarı deyil.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, A.Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, vəkillər yüksək biliyə sahib olmalıdır ki, vətəndaşların hüquqlarını yaxşı müdafiə edə bilsinlər:
"Məhhkəmə prosesində prokuror və hakimlər yüksək savada malik olur. Belə olan halda müdafiəçi kimi çıxış edən vəkil də yüksək bilik və bacarığa malik olmalıdır. Ancaq keçid balı məsələsi Vəkillər Kollegiyası tərəfindən tənzimlənmir, bizim qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ yoxdur. Ədliyyə Nazirliyinin İxtsas Komissiyası keçid balının aşağı salınması barədə qərara gəlsə, biz etiraz etməyəcəyik".
A.Bağırov, həmçinin vəkilliyə qəbulla bağlı iş stajının aşağı salınmasının vacibliyini qeyd edib.
O bildirib ki, vəkilliyə qəbul üçün 3 il əmək stajı tələb olunduğuna görə, vəkilliyə əvvəllər istefaya gedən hüquqşünaslar, bu və digər səbəbdən vəzifədən çıxanlar üz tutur: "Biz ali məktəbi bitirən savadlı gənc hüquqşünasların vəkilliyə üz tutmasını istəyirik. Ona görə də iş stajının aşağı salınması vacib məsələdir".
 
Aktual.az 
Xəbər 556 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR